Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayonu təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi

13 sentyabr 2017 | 16:00

Sentyabrın 13-də Zəngilan rayon təhsil işçilərinin 2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı ənənəvi konfransı keçirildi. Konfransda Zəngilan Rayon İcra Hakimiyyətinin əməkdaşları, Təhsil Nazirliyinin nümayəndəsi, rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan rayonun məzunları iştirak etdilər. 
Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən konfransda rayon Təhsil şöbəsinin müdiri Zakir İbrahimov 2016-2017-ci dərs ilinin yekunlarını təhlil edərkən qazanılmış uğurlardan, növbəti tədris ilində qarşıda duran vəzifələrdən danışdı. Müstəqil Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində formalaşdığını bildirdi və ulu öndərin hər zaman təhsil sahəsinə xüsusi diqqətlə yanaşdığını nəzərə çatdırdı. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına göstərilən qayğıdan danışan Təhsil şöbəsinin müdiri, həmçinin  rayonumuzda RİH başçısı Ramiz Həsənov tərəfindən əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü qeyd etdi.
Konfransda rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimovun məruzəsi dinlənildi.
Məruzədə qeyd olundu ki, 2016-2017-ci dərs ilində Zəngilan rayon üzrə 33 ümumtəhsil müəssisəsi və 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Məktəblərin 31-i tam orta, 2-si isə ümumi orta məktəbdir. İlin sonunda şagirdlərin sayı 4961 nəfər olmuşdur. Ən yüksək  balı 6 nömrəli tam orta məktəbin şagirdi Süleymanova Nərgiz Natiq qızı göstərmişdir-690 bal. 2017-ci ilin may ayının 25-26-da 555 nəfər müəllim Diaqnostik Qiymətləndirmədə iştirak etmişdir. Onlardan 1 nəfər müəllim 4 nömrəli tam orta məktəbin müəllimi Fərmanova Nabat Tariyel qızı digərlərindən fərqlənərək 60 maksimum balı toplamışdır.
Konfrans iştirakçılarını və qonaqları salamlayan RİH başçısının müavini  Xanım Rüstəmova qarşıdan gələn yeni dərs ili münasibətilə təhsil işçilərini rayon rəhbəri adından təbrik etdi və onlara uğurlar arzuladı.  Bir sıra digər həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək, yeni dərs ilində rayonun təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırdı.

Keçidlər