Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
Zəngilan Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etdi. İclasda RİH başçısının müavinləri, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov 12 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası barədə məlumat verdi.
Rayon rəhbəri çıxışında bildirdi ki, Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin, Ümummilli lidеrimizin müəyyənləşdirdiyi milli strаtеgiyаyа əsаslаnаn və bаzаr iqtisаdiyyаtı prinsiplərindən qаynаqlаnаn tаrаzlı daxili və xarici siyаsəti nəticəsində ölkəmiz dünyа dövlətləri sırаsındа öz lаyiqli yеrini tutmuşdur. İlin birinci yarısının nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, ordu quruculuğu uğurla gedir, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə yüksək səviyyədə tədbirlər görülür, bütün sosial məsələlər öz həllini tapır.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində balaca Zəhranın və onun nənəsinin öldürülməsi faktının erməni faşizminin üzünü bir daha bütün dünyaya göstərdiyini, cənab Prezidentin bu cinayətlərin cavabsız qalmadığını vurğuladığını, hərbi potensialımızın güclü olduğunu, yeni silahlar və ən müasir texnika ilə təchiz olunduğunu bildirməklə Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmadığını və olmayacağını diqqətə çatdırdı.
Yığıncaq RİH başçısının müavini Nizami Mönsümovun görülən işlər barədə çıxışı ilə davam etdirildi. N.Mönsümov bildirdi ki, fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və göstərişləri əsasında quran Zəngilan Rayon İcra Hakimiyyəti rüb ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı bəzi işlər görmüş və bir sıra tədbirlər həyata keçirmişdir.
Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli 152№-li Fərmanına əsasən rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi məqsədilə 30 may 2017-ci il tarixdən etibarən Kənd Təsərrüfatı Nazirliyinin Zəngilan rayon Kənd Təsərrüfatı İdarəsi fəaliyyətə başlamışdır.
2016-2020-ci il kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin tələblərinə görə Sabirabad rayonu, Rüstəmli kəndi ərazisində məskunlaşmış zəhmətkeş əhalimiz də var-gücləri ilə çalışaraq, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi yolunda öz əməli köməkliklərini göstərməyə nail olmuşlar.
2017-cı ilin I yarısında məşğul əhalimizin çalışdığı kənd təsərrüfatının əkinçilik, bitkiçilik, ət, süd, yun istehsalı və heyvandarlıq göstəricilərində artım olmuş, barama istehsalı 50 kq plana qarşı 65 kq yerinə yetirilmişdir. Əldə edilmiş yaş barama “Şəki-İpək” ASC-nə təhvil verilmişdir. Həmçinin, ayrı-ayrı təsərrüfatlarda əkilmiş 85,55 ha taxıl sahələrindən 228,8 ton taxıl biçilmişdir ki, bu da hər hektara 27 setner məhsuldarlıq deməkdir.
55 ha pambıq sahəsində kultivasiya və ketmənləmə ilə dibləmə işləri görülmüş, bütöv sahədə mineral və üzvi gübrələmə işləri ilə yanaşı pambıq sahəsində ziyanverici həşəratlara qarşı dərmanlama işləri aparılmışdır.
Rayon Suvarma Sistemləri İdarəsi 2017-ci ilin I yarımili ərzində qismən fəaliyyət göstərməklə nasos stansiyası vasitəsilə Sabirabad rayonu Rüstəmli kəndində yerləşən qəsəbədə məskunlaşan məcburi köçkünlərimizin əkin və həyətyanı sahələrinin, eləcə də qəsəbəyə içməli və bütün növ məişət-kommunal sularının verilməsinə xidmət göstərmişdir. 156 hektar əkin və həyətyanı sahələrində, eləcə də 55 hektar sahədə pambıq və 1 (bir) hektar sahədə isə əkilmiş tut bağında arat və suvarma işləri aparılmış, hal-hazırda suvarma işləri davam edir.
Məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində bu ilin I yarısında da bəzi işlər görülmüş, məcburi köçkün ailələrin müraciətləri əsasında üzləşdikləri çoxsaylı problemlərin qaydaya qoyulmasına müvafiq köməklik edilməklə, ağır şəraitdə yaşayan bir neçə köçkün ailəsinin yaşayış şəraitlərinin cari təmir hesabına qismən yaxşılaşdırılması, həmçinin, evi yanan 4 məcburi köçkün ailəsinin evlərinin təmir edilməsi və bəzi ev əşyalarının alınması üçün onlara rayon icra hakimiyyətinin daxili imkanları hesabına maddi köməklik edilmişdir.
2017-ci ilin I yarımilində rayon yerli xərclərinin icrasına ayrı-ayrı xərc maddələri üzrə əsasən əməl edilmiş, yəni ümumi dövlət xidmətləri 86,12%, təhsil xərcləri 38,76%, səhiyyə xərcləri 83,08%, gənclər siyasəti 98,08%, kommunal təsərrüfatı xərcləri 84,00%, sair müxtəlif xərclər 25,37%, ümumilikdə yerli xərclər 72,30% icra edilmişdir.
Rayon Vergilər şöbəsində 2212 vergi ödəyicisi uçota alınmışdır ki, bunlardan 79 nəfəri hüquqi şəxslər, 2133 nəfəri isə fiziki şəxslərdir. O cümlədən, müvafiq olaraq hüquqi şəxslər dövlət mülkiyyəti 54, ictimai birlik 13, xüsusi mülkiyyət 12 və fiziki şəxslər üzrə 1309 vergi ödəyicisi uçota alınmışdır. Faktiki fəaliyyət göstərən 669 vergi ödəyicisinin 58-i hüquqi şəxs, 611 isə fiziki şəxslərdir. Rayon Vergilər şöbəsinə 2017-ci ilin I yarımili ərzində 712,7 min manat plan proqnoza qarşı 746,6 min manat vəsait daxil olmuşdur ki, bu da planın 104,7% icra edilməsi deməkdir.
17 və 30 iyun 2017-ci il tarixdə respublikada keçirimiş buraxılış imtahanlarında 378 nəfər 9-cu sinif, 416 nəfər isə 11-ci sinif şagirdləri iştirak etmişdir ki, 9-cu siniflər üzrə 58,5 %, 11-ci siniflər üzrə isə 80% nəticə əldə edilmişdir. IX siniflər üzrə 6 nəfər, XI siniflər üzrə 34 nəfər şagird fərqlənmə attestatına layiq görülmüşlər.
Müəllimlərin diaqnostik qiymətləndirilməsində rayon üzrə 555 nəfər müəllim diaqnostik qiymətləndirmədə iştirak etmiş, onlardan bir nəfəri mümkün 60 baldan hamısını, 15 nəfəri 50-60 bal arası, digərləri isə 50 baldan aşağı bal toplamışlar. Ümumiyyətlə rayon üzrə diaqnostik qiymətləndirmədən keçən müəllimlər 20 baldan yuxarı 93% bal toplamışdır.
2017-ci ilin I yarısında əhalinin tibbi müayinəsi zamanı 27060 nəfər ambulator qəbula cəlb edilmişdir ki, onlardan da 9 nəfəri Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə müalicəyə göndərilmişdir. 184 nəfər şəkər xəstəsi qeydiyyata alınaraq, mütəmadi şəkərsalıcı dərmanlar, qlyukometr aparatı və digər tibbi preparatlarla təmin olunmuşdur.
Cari ilin I yarısında sosial müdafiəyə ehtiyacı olan 10 nəfər 7-15 yaşlı uşaq və yeniyetmənin Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində istirahəti təmin olunmuşdur.
Rayon idmançıları bir sıra nəailiyyətlər əldə etmiş, IV İslam Həmrəyliyi Oyunlarında Zəngilan rayon idmançılarından Asiman Qurbanlı Karate üzrə öz çəkisində final mərhələsində 3-cü yerə çıxaraq, bürünc medala layiq görülmüşdür. Asiman Qurbanlı Rayon İcra Hakimiyyətinə dəvət olunaraq başçı tərəfindən qəbul edilmiş və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Cari ilin I yarımili ərzində 5417 nəfərə əmək pensiyası verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinə 147 nəfər pensiyaya çıxmaq üçün ərizə ilə müraciət etmiş, həmin müraciətlərə qanunauyğun qaydada baxılaraq pensiya təyin edilmişdir.
2017-ci ilin iyul ayında 181 nəfərə ünvanlı sosial yardım, 1685 nəfərə isə müavinət ödənilib ki, bunlardan da 958 nəfəri müharibə veteranı, 349 nəfəri sosial müavinət, 378 nəfəri isə prezident təqaüdü alanlar olmuşdur.Sosial Məişət Xidməti sektoru üzrə 57 nəfər tənhaya xidmət olunmuşdur.
DSMF-nin Zəngilan rayon şöbəsinin 2017-ci ilin I yarımili ərzində dövlət sosial sığorta ayırmaları üzrə gəlirləri 468,0 min manata qarşı 301,2 min manat, yəni 64,3% olmuşdur. Büdcə 301,2 min manata qarşı 182,4 min manat, yəni 54,8%, qeyri-büdcə 126,8 min manata qarşı 118,3 min manat, yəni 93,3% olmuşdur.
Cari ilin I yarımili ərzində məcburi dövlət sosial sığorta ayırmaları üzrə planın 64,3% icra olunmasının səbəbi büdcə təşkilatları üzrə əmək haqqının gec ödənilməsi, sosial ödənişlərin növbəti aya keçməsi olmuşdur.
2017-ci ilin 6 ayı ərzində 1753 nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir ki, bunların da işçi sayı 215 nəfər olmaqla 346 nəfəri fəaliyyətdə olan fiziki şəxslərdir.
2017-ci ilin I yarımili ərzində vətəndaşlardan 120 müraciət daxil olmuş və bu müraciətlərə həssaslıqla yanaşılmışdır.
I yarımildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 763 vətəndaş (585 nəfəri müxtəlif kütləvi məskunlaşma yerlərində keçirilən 22 səyyar qəbul zamanı, 178 nəfəri isə rayon İcra Hakimiyyəti başçısı aparatında) qəbul edilmişdir.
2017-ci ilin birinci yarısında əhalinin sosial müdafiəsi məsələləri üzrə ümumilikdə 89 məcburi köçkün ailəsinə (14şəhid ailəsi, 4Qarabağ əlili, 71aztəminatlı, ailə üzvü xəstə olan, tənha və mənzil şəraiti yararsız olan ailələr) yardım edilməklə digər vacib xeyriyyə tədbirlərinin keçirilməsi təmin edilmişdir.
Məruzə ətrafında edilən çıxışlarda görülmüş işlər və 2017-ci ildə qarşıda duran vəzifələr müzakirə edilməklə Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Coşqun Musayevin, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Möhübbət Səmədovun, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Halay Həsənovun, rayon Ekologiya İdarəsinin rəisi Möhübbət Qurbanovun çıxışları dinlənilərək ayrı-ayrı sahələr üzrə mövcud vəziyyətlə bağlı qarşılıqlı fikir mübadiləsi aparıldı.
İclasın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov həlli zəruri olan mühüm məsələləri diqqətə çatdırdı və zəngilanlıların möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəyinə, bütün sahələrdə öz işlərini onun apardığı uğurlu siyasətin tələbinə uyğun quracaqlarına əmin olduğunu bildirdi.