Şriftin ölçüsü :

Saytın rəngi :

II Beynəlxalq Dolma Festivalı keçirildi

18 iyul 2017 | 16:00

Azərbaycan mətbəxinin təbliğatında mühüm rol oynayan II Beynəlxalq Dolma Festivalı Xaçmazda keçirildi. Festival iştirakçıları əvvəlcə müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə önünə tər çiçəklər düzərək Ulu Öndərin əziz xatirəsini etiramla yad etdilər.
Daha sonra Xaçmaz şəhərinin şimal girişində yerləşən “Çənlibel” istirahət parkında festivalın açılışını bildirən rəmzi lent kəsilərək müsabiqəyə start verildi və nümayiş etdirilən dolmalara baxış keçirildi.
Festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 350-yə yaxın növdə dolma sərgiləndi. Müsabiqəyə Zəngilan rayonu da daxil olmaqla respublikanın 50-yə yaxın rayonundan 500-ə yaxın iştirakçı qatıldı. Eyni zamanda 12 xarici ölkənin aşbazları tərəfindən hazırlanan dolma çeşidləri münsiflər heyətinə təqdim olundu.
Qonaqlar təqdim olunan dolma növləri haqqında ətraflı məlumat alaraq, ləziz təamın dadına baxdılar. Festival çərçivəsində xalq yaradıcılığı nümunələrinin sərgisi də təşkil olundu.
Bir neçə nominasiya üzrə keçirilən yarışda rayonumuz ölkəmizin rayon və şəhərləri arasında 2-ci yeri tutdu. Sonda qalib komandalara diplom, medal və qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər