27 sentyabr-Anım Gününün beşinci ildönümü ilə əlaqədar rayonun 20 və 21 nömrəli tam orta məktəbin ərazisində ağacəkmə aksiyası keçirildi
26 sentyabr 2025 | 16:07
26 sentyabr 2025-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Qaradağ rayonu, məcburi köçkünlər üçün salınmış Qobu Park-2 və Qobu Park-3 yaşayış kompleksində yerləşən Zəngilan rayon 20 və 21 nömrəli tam orta məktəbin ərazisində ağacəkmə aksiyası keçirildi.
Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri, rayonun 20 və 21 nömrəli tam orta məktəbinin kollektivi iştirak etdi.
Aksiyada Vətən Müharibəsi şəhidlərinin xatirəsinə müxtəlif növ ağaclar əkildi.







