27 sentyabr– Anım Gününün altıncı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
27 sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Zəngilan rayonunun 33, 7 nömrəli tam orta və 4 nömrəli ümumi orta məktəblərinin, eləcə də “Şəfəq” körpələr evi-uşaq bağçasının ərazisində ağacəkmə aksiyası keçirildi.
Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri, adıçəkilən təhsil müəssisələrinin və bağçanın kollektivləri fəal iştirak etdilər.
Aksiya çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən 33 saylı tam orta məktəbin həyətində, “Şəfəq” körpələr evi-uşaq bağçasının ərazisində, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 15 ünvanında fəaliyyət göstərən 7 nömrəli tam orta məktəbin həyətində və Səbail rayonu, Arif İsmayılov küçəsi, 88-ci sahədə yerləşən 4 nömrəli ümumi orta məktəbin ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə 100 ədəd eldar şamı əkildi.
Ağacəkmə aksiyalarının keçirilməsi şəhidlərin əziz xatirəsinin təbiətin qorunması və gələcək nəsillərə sağlam ətraf mühitin yaradılması kimi nəcib məqsədlərlə yaşadılmasına xidmət edir.







