27 Sentyabr “Anım günü” Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu.
27 sentyabr “Anım Günü” ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə birinci və ikinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri, QHT-lərin yerli nümayəndələri, şəhid ailələri, qazilər, rayon ziyalıları Sumqayıt şəhər Şəhidlər Xiyabanında, daha sonra Suraxanı rayonunun “Dədə Qorqud” qəbiristanlığında, II Fəxri Xiyabanda, Sabunçu rayonunun Ramana qəbiristanlığında, Şirvan Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimizin məzarlarını ziyarət etdilər. Tədbir iştirakçıları şəhid məzarları önünə gül dəstələri düzdülər. Rayonun din xadimləri tərəfindən şəhidlərimizin ruhuna dualar oxundu.
Bakı vaxtı ilə saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!







