Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi

27 sentyabr 2026 | 18:12

27 sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən qəhrəmancasına döyüşərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad edildi.

Ziyarət proqramı çərçivəsində Sumqayıt şəhər Şəhidlər Xiyabanında, daha sonra Suraxanı rayonundakı “Dədə Qorqud” qəbiristanlığında, II Fəxri Xiyabanda, Sabunçu rayonunun Ramana qəbiristanlığında və Şirvan Şəhidlər Xiyabanında  ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilərək, şəhidlərin məzarları üzərinə təravətli güllər düzüldü və rayonun din xadimi tərəfindən şəhidlərimizin ruhlarına dualar oxundu.

Bakı vaxtı ilə saat 12:00-da  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Allahdan rəhmət diləyirik!

 

Keçidlər