Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr anım günü ərəfəsində şəhidlərin məzarları ziyarət olundu

27 sentyabr 2023 | 19:05

27 sentyabr 2023-cü il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə birinci və ikinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi yad edildi. İlk olaraq Sumqayıt şəhər Şəhidlər Xiyabanında, daha sonra Suraxanı rayonunun “Dədə Qorqud” qəbiristanlığında, II Fəxri Xiyabanda, Sabunçu rayonunun Ramana qəbiristanlığında, Şirvan Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimizin məzarları Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatı , Hüquq-Mühafizə orqanları, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri və rayon ziyalılarının  iştirakı ilə ziyarət edildi. Məzarları üzərinə gül dəstələri düzüldü və dualar oxundu.

 

 

 

Keçidlər