Şriftin ölçüsü :

Saytın rəngi :

27 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllədə məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

27 fevral 2024 | 16:55

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 27 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllədə məskunlaşan zəngilanlı sakinlərlə keçirildi. 

Vətəndaşların müraciətləri Zəngilan rayon İcra hakimiyyəti başçısı Ramiz Həsənov tərəfindən dinlənildi. Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, qanunamüvafiq formada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirildi. Bəzi məsələlərin həlli istiqamətində idarə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

Keçidlər