Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirildi

13 iyun 2017 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan rayon nümayəndəliyinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunan bayram tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummili Liderin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi.
Dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıldı. Bayram əhval-ruhiyyəli çıxışlar, musiqi nümunələri ilə davam edən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Keçidlər