1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Zəngilan rayon “Şəfəq” uşaq bağçasında bayram tədbiri keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon mədəniyyət və təhsil müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri və körpələr iştirak etdilər. Tədbirdə çıxış edən RİH-nin məsul işçisi Xanım Rüstəmova körpə fidanlara Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun təbrikini çatdırdı və gələcəyimiz olan uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan əlverişli şəraitdən danışdı. Qeyd etdi ki, cənab Prezident İlham Əliyevin Respublikamızda böyüməkdə olan nəsilə göstərdiyi qayğının nəticəsi, onların gələcək inkişafına yaradılan şəraitin bariz nümunəsidir ki, hər il neçə-neçə gözəl uşaq bağçaları, təhsil müəssisələri tikilərək istifadəyə verilir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün mütəmadi olaraq uğurlu layihələr həyata keçirilir.
Daha sonra tədbirdə balacaların nümayiş etdirdiyi səhnəciklər, müxtəlif mahnı və rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılandı.