Avropa Günü münasibətilə məcburi köçkünlər üçün konsert proqramı təşkil edildi
Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisində məskunlaşan zəngilanlı məcburi köçkünlər üçün Avropa Günü münasibətilə gənc azərbaycanlı müğənnilərin konserti təşkil edildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşdrılan tədbirdə Komitənin sədr müavini Fuad Hüseynov, Aİ-nin Azərbaycandakı nümayəndəliyi rəhbərinin birinci müşaviri Denis Daniilidis çıxış edərək Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdən bəhs etdi, bu əməkdaşlıq çərçivəsində azərbaycanlı məcburi köçkünləri əhatə edən bir sıra layihələrin də reallaşdırıldığını vurğuladılar. Daha sonra tədbir konsert proqramı ilə davam etdi.