Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın “Jerusalem Post” qəzetinin jurnalisti Nurit Qringer Masazırda məcburi köçkünlər üçün salınan yaşayış massivində qonaq oldular

04 may 2017 | 16:00

Ölkəmizdə səfərdə olan ABŞ-ın “Jerusalem Post” qəzetinin jurnalisti Nurit Qringer Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivində yaradılan şəraitlə tanış oldu.
Nurit Qringeri  Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov müşayiət etdi. Jurnalistə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti tərəfindən yaradılan hərtərəfli şəraitlə yerində tanış olmaq məqsədilə görüşə gəldiklərinə görə təşəkkürlərini bildirdilər. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Ərazidə yerləşən 33 saylı Zəngilan rayon tam orta məktəbində yaradılan şəraitlə, şagirdlərin dərs prosesi ilə tanış olan jurnalist  “Şəfəq” uşaq  bağçasında körpələrin ifa etdikləri rəqs və mahnılara tamaşa etdi. Pedaqoji kollektivin üzvləri və tərbiyəçilərlə ətraflı fikir mübadiləsi zamanı bildirildi ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Lakin bütün bunlara baxmayaraq, hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.
İstər qəsəbədə, istərsə də məktəbdə və uşaq bağçasında yaradılan hərtərəfli şəraitdən məmnunluğunu ifadə edən xarici jurnalist söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruriliyini bildirərək təmsil olunduqları mətbuat orqanlarının da Azərbaycan həqiqətləri barədə reallıqları ölkələrinin və beynəlxalq ictimaiyyətin diqqətinə olduğu kimi çatdarılmasında imkanlarından lazımınca istifadə edəcəklərini vurğuladı.

Keçidlər