Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər daim yaddaşlarda...

24 may 2012 | 15:00

23 may 2012-ci il tarixdə Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bartaz şəhidlərinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov çıxış edərək qeyd etdi ki, şəhidlər bizim qürurumuz, and yerimizdir. Belə tədbirləri davamlı keçirməklə biz onların ölməzliyini bəyan edir, qəhrəmanlıqlarını yaşadır, bugünkü və gələcək nəsillərə nümunə göstəririk. Rayon rəhbəri çıxışının sonunda əminliklə qeyd etdi ki, Cənab Prezidentimizin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində işğal olunmuş torpaqlarımız geri qaytarılacaq və yurddaşlarımız öz ata-baba torpaqlarına qayıdacaqlar.
Tədbirdə şəhid ailələri çıxış edərək daim onlara göstərilən diqqət və qayğıya görə Dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.
Sonda şəhid ailələrinə maliyyə yardımı edildi.

 

Keçidlər