Şriftin ölçüsü :

Saytın rəngi :

26 yanvar 2023-cü il tarixdə növbəti səyyar qəbul keçirildi.

26 yanvar 2023 | 14:59

Ölkə rəhbərinin tapşırığına əsasən Zəngilan rayon İcra hakimiyyətinin başçısı sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq respublikanın müxtəlif ərazilərində səyyar qəbullar keçirir. Zəngilan RİH başçısının növbəti səyyar qəbulu  26.01.2023-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan rayon sakinləri ilə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri, başçının İƏD üzrə nümayəndəlikləri iştirak etdilər.

Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Keçidlər