Şriftin ölçüsü :

Saytın rəngi :

26 sentyabr 2023-cü il tarixdə növbəti səyyar görüş keçirildi.

26 sentyabr 2023 | 16:52

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 26 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar, digər sakinlər isə növbəlilik əsasında qəbul edildi.

Müraciətlər əsasən  Zəngilan rayonunda işlə təmin olunma, mənzil məsələsi, Zəngilan rayonuna daimi pasport qeydiyyatına alınması barədə oldu.

Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.

Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

Keçidlər