Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə geniş rayon tədbiri keçirildi.

25 iyun 2024 | 15:16

25 iyun 2024-cü il tarixdə Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə geniş rayon tədbiri keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, idarə-müəssisə rəhbərləri, məktəb direktorları, partiya fəalları, rayon ziyalıları, şəhid ailələri, qazilər, QHT-lərin yerli nümayəndələri, rayon ağsaqqalları iştirak etdilər.

Tədbir Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətindəki uğurlu siyasətindən, ölkə başçısı cənab İlham Əliyevin Silahlı Qüvvələrimizin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlərdən danışıldı.

Tədbir musiqili proqramla davam etdi.  

Keçidlər