Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsi veteranları ilə görüş

08 may 2017 | 16:00

Rayonumuzda 1941-1945-ci illər müharibəsində qazanılmış qələbənin hər bir ildönümü müharibə veteranlarına, onların tarixi xidmətlərinə hörmət və ehtiram günü kimi qeyd edilir. Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü ərəfəsində də bu ənənəyə sadiqlik göstərildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun tapşırığı ilə yaşları və səhhəti nəzərə alınaraq, RİH-nin məsul işçiləri rayonun müharibə veteranlarının yaşadıqları mənzillərə baş çəkərək onlarla şəxsən görüşdülər. Veteranlara rayon rəhbərinin xoş arzuları çatdırıldı və maddi yardım olundu.
Müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər