Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi

10 may 2017 | 16:00

Mayın 10-da Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər üçün salınmış yaşayış massivinin ərazisində Ümummilli Lider Heydər Əliyevin  94-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi.
Aksiyada Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, aparatın məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayon üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etdilər. Ümumilikdə 450 nəfərin iştirak etdiyi rayon üzrə ağacəkmə aksiyası çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması məqsədi ilə xüsusi olaraq yaşıllığın salınması üçün ayrılmış ərazidə sərv, giparis növlü ağaclar, gül kolları əkildi, ətraf ərazi abadlaşdırıldı.

Keçidlər