Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

19 aprel 2017 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etdi. İclasda RİH başçısının müavinləri, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan  Rayon İcra Hakimiyyətinin başçısı  Ramiz Həsənov  10 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası barədə məlumat verdi. Cari ilin birinci rübü ərzində  ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini diqqətə çatdıran rayon rəhbəri qeyri-neft sektorunda 2.4 faiz, qeyri-neft   sənayesinin 2 faiz, kənd təsərrüfatının 3.5 faiz artmaqla valyuta ehtiyatlarımızın  bir milyard dollar yüksələrək, 38.5 milyard dollara çatdırılmasını ölkə Prezidentinin uğurlu iqtisadi konsepsiyasının təntənəsi olduğunu vurğuladı.
Rayon rəhbəri çıxışında bildirdi ki, Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin, Ümummilli lidеrimizin müəyyənləşdirdiyi milli strаtеgiyаyа əsаslаnаn və bаzаr iqtisаdiyyаtı prinsiplərindən qаynаqlаnаn tаrаzlı daxili və xarici siyаsəti nəticəsində ölkəmiz dünyа dövlətləri sırаsındа öz lаyiqli yеrini tutmuşdur. Birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, ordu quruculuğu uğurla gedir, bütün sosial məsələlər öz həllini tapır.
Yığıncaq RİH başçısının müavini Nizami Mönsümovun görülən işlər barədə çıxışı ilə davam etdirildi. N.Mönsümov bildirdi ki, fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və göstərişləri əsasında quran Zəngilan Rayon İcra Hakimiyyəti rüb ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı bəzi işlər görmüş və bir sıra tədbirlər həyata keçirmişdir. Cənab Prezidentin göstərişinə əsasən 2016-2020-ci il Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin tələblərinə görə Sabirabad rayonu, Rüstəmli kəndi ərazisində məskunlaşmış zəhmətkeş əhalimiz də  cənab Prezidentin çağırışına qoşularaq,  kənd təsərrüfatının daha da inkişaf etdirilməsi yolunda öz əməli köməkliklərini göstərməyə çalışmış, pambıq əkini üçün nəzərdə tutulan 55 hektar sahənin 40 hektarında çiyid səpini həyata keçirmişdir. Həmçinin, ötən il plana uyğun olaraq baramaçılığın inkişafı üçün əkilmiş 5 min ədəd tut tingindən demək olar ki, 100% nəticə əldə edilmişdir.
2017-ci ilin 1-ci rübü ərzində Zəngilan Suvarma Sistemləri İdarəsi nasos stansiyası vasitəsilə Sabirabad rayonunda yerləşən yeni qəsəbədə məskunlaşan məcburi köçkünlərimizin 156 hektar əkin və həyətyanı sahələrini,eləcə də, 1 hektar tut bağını, 55 hektar sahədə isə pambıq əkini üçün şum sahələrini suvarılma suyu ilə təmin etmiş,qəsəbəyə içməli və bütün növ məişət-kommunal sularının verilməsinə xidmət göstərmişdir.
Rüb ərzində Rayon İcra Hakimiyyəti əhalinin qəbulu, onların ərizə və şikayətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görmüş, vətəndaşlardan daxil olan 365 müraciətə həssaslıqla yanaşılmış, əhalini narahat edən problemlərə mövcud imkanlar çərçivəsində baxaraq həll edilmişdir. Müxtəlif kütləvi məskunlaşma yerlərində 11 səyyar qəbul keçirilmiş, bu qəbullarda 267 nəfər iştirak etmişdir. Əhalinin sosial müdafiəsi məsələləri üzrə ümumilikdə 27 məcburi köçkün ailəsinə (7 şəhid ailəsi, 3 Qarabağ əlili, 17aztəminatlı, ailə üzvü xəstə olan, tənha və mənzil şəraiti yararsız olan ailələr) yardım edilməklə digər vacib xeyriyyə tədbirlərinin keçirilməsi təmin edilmişdir.
Məruzə  ətrafında edilən çıxışlarda görülmüş işlər və 2017-ci ildə qarşıda duran vəzifələr müzakirə edilməklə Rayon Məşğulluq Mərkəzinin direktoru Nazim Məmmədovun, Rayon Gənclər və idman idarəsinin rəisi Zaur Nəcəfzadənin, Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Murad Rəhimovun çıxışları dinlənilərək  ayrı-ayrı sahələr üzrə mövcud vəziyyətlə bağlı qarşılıqlı fikir mübadiləsi aparıldı.
İclasın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov həlli zəruri olan mühüm məsələləri diqqətə çatdırdı və zəngilanlıların möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəyinə, bütün sahələrdə öz işlərini onun apardığı uğurlu siyasətin tələbinə uyğun quracaqlarına əmin olduğunu bildirdi.

Keçidlər