Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsində cənab Prezidentin nitqindən irəli gələn vəzifələrin icrasına əsasən RİH başçısı Sabirabad rayonunun Rüstəmli kəndində oldu

04 aprel 2017 | 16:00

Pambıqçılığın inkişafına dair keçirilən ümumrespublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  verdiyi tapşırıq və tövsiyələr rayonların iqtisadi inkişafının, əhalinin məşğulluğunun təmin edilməsinə böyük təkan verdi.  Cənab prezidentin pambıqçılığın inkişafı ilə bağlı verdiyi tapşırıqların icrasına əsasən rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov Sabirabad rayonunun Rüstəmli kəndində yerləşən zəngilanlı məcburi köçkünlərlə görüşdü.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Ağəli Əhmədov,  rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, kənd təsərrüfatı mütəxəssisləri və fermerlər iştirak etdi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov  çıxış edərək bildirdi ki, Azərbaycanda prioritet sahə sayılan pambıqçılığın inkişafı ilə bağlı yaradılan hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları ruhlandıraraq onlarda pambıq əkininə olan marağı daha da artırdı. Əhalinin məşğulluğu baxımından da müstəsna əhəmiyyətə malik olan pambıqçılığın inkişafı üçün yaradılan şərait pambıqçılığın daha geniş inkişafına güclü təkan verəcək, məhsuldarlıq isə daha yüksək olacaq. Sabirabad rayonu, Rüstəmli kəndi ərazisində salınmış qəsəbədə məskunlaşmış zəngilanlı məcburi köçkünlərin həyətyanı sahələrində artıq pambıq toxumunun əkininə start verildiyini və aprel ayının 20-dək yekunlaşacağını vurğulayan rayon rəhbəri qeyd etdi ki, cənab prezidentin pambıqçılıq sahəsində əsaslı dönüş yaradılması ilə bağlı tapşırıqlarının icrasına əsasən, ərazidə 55 hektar əkin sahəsi pambıq əkini üçün şumlanmış və əkinə hazır vəziyyətə gətirilmişdir. Təxmini hesablamalara görə, 1 hektarda minimum 25 sentner məhsuldarlığın əldə edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi  Ağəli Əhmədov çıxış edərək bildirdi ki, cənab Prezident İlham Əliyevin   dəstəyi və rəhbərliyi ilə  ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və əkin sahələrinin genişləndirilməsi nəticəsində insanların  sosial rifahı daha da yaxşılaşacaq, əlavə iş yerləri yaranacaq və ölkəmizə xarici valyuta axını olacaqdır. Pambıqçılıqla bağlı iki müşavirənin keçirilməsi özlüyündə bu sahəyə dövlət dəstəyinin təzahürüdür. Cənab Prezident müşavirədəki çıxışlarında bu əməktutumlu kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etdi ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il bu sahədə dönüş ili olmuşdur. Həm dövlət dəstəyi, həm də bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək göstəricilərin daha yaxşı olacağına, gələcəkdə pambıqçılığın daha sürətli inkişafına  zəmanət verir.

Keçidlər