Şriftin ölçüsü :

Saytın rəngi :

25.12.2025-ci il tarixində Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salındı.

25 dekabr 2025 | 11:33

25 dekabr 2025-ci il tarixində rayon sakinlərindən cəmi 29 ailə 147 nəfər məskunlaşdıqları ərazilərdən, o cümlədən, Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 27 ailə 141 nəfər, Sumqayıt şəhərindən 2 ailə 6 nəfər Zəngilan rayonun Məmmədbəyli kəndinə yola salınmışdır. 25.12.2025-ci il tarixdəki köç də nəzərə alınmaqla Zəngilan rayon Məmmədbəyli kəndinə 132 ailə 653 nəfər, ümumilikdə Zəngilan rayonunun 2 yaşayış məntəqəsinə cəmi 358 ailə 1661 nəfər köçürülmüşdür.

Ailələr məskunlaşdıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Zəngilan  Rayon İcra Hakimiyyəti başçısının nümayəndələri tərəfindən yola salınaraq, Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları tərəfindən qarşılanmış və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görülmüşdür.

Keçidlər