Ömrün 105-ci ili və bir arzu…
04 may 2012 | 15:00
3 may 2012-ci il tarixdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı cənab R.Həsənov, həmçinin Zəngilan rayonunun tanınmış ziyalıları, böyük və şərəfli ömür yolu keçmiş, həyat yolunun eniş-yoxuşunu görmüş, sevincini, kədərini həmişə öz əzizləri ilə paylaşmış Diləfruz nənənin evində olmuş, onu 105 yaşının tamam olması münasibətilə təbrik edərək, dünyanın ən gözəl neməti olan can sağlığı, uzun ömür və xoşbəxtlik arzu etmişlər.
Diləfruz nənə və ailəsi onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz təşəkkürünü bildirərək bir arzusunu da dilə gətirdi-tezliklə öz doğma yurd –yuvasına, el-obasına qayıtmaq arzusu...