Şriftin ölçüsü :

Saytın rəngi :

8-ci "Baku Open" beynəlxalq karate turniri keçirildi

11 mart 2017 | 16:00

11-12 mart tarixlərində Bakı İdman Sarayında  8-ci "Baku Open" beynəlxalq karate turniri keçirildi. Beynəlxalq turnirdə müxtəlif yaş qrupları üzrə bir neçə ölkənin karateçiləri də iştirak etdi.
Turnirin ilk günü böyüklər arasında kata və kumite yarışları, həmçinin 40, 50 və 60 yaşdan yuxarı veteran idmançıların çıxışları oldu. Yeniyetmə və gənclər isə ertəsi gün tatamiyə çıxdılar. Görüşləri yerli hakimlərlə birgə yarış iştirakçıları olan ölkələrin beynəlxalq hakimləri idarə etdi.
Zəngilanlı yeniyetmə Amil Nəzərov 18-21 yaş  kateqoriyasında,  -70 kq  çəki dərəcəsində 3-cü yerə layiq görüldü. 
Zəngilan rayonunun “Araz”  peşəkar idman klubunun rəhbəri, dəfələrlə dünya və Avropa çempionu olmuş Siyavuş Bayramov 40-50 yaş arası kateqoriyada mübarizə aparan veteranlar arasında keçirilən turnirdə 1-ci yerə çıxıb.

Keçidlər