Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu

07 mart 2017 | 16:00

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyətində bayram tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak etdi.
İlk olaraq RİH-nin başçısı Ramiz Həsənov Azərbaycanda qadınlara göstərilən ənənəvi ehtiramdan,  dövlət qayğısından danışaraq bildirdi ki, Ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.
Rayonun təhsil, səhiyyə, mədəniyyət  və digər sahələrində çalışan qadınlarımızın  öz bilikləri, bacarıqları, işgüzarlıqları ilə hər zaman seçildiklərini, rayonumuzda da qadınlarımızın bir çox dövlət vəzifələrində çalışmaqla onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəldiklərini vurğulayan Ramiz Həsənov bütün rayon qadınlarını təbrik edərək, onlara xoş arzularını bildirdi.
Çıxışlarla davam edən bayram tədbirində  başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Seyfəddin Paşayev, başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov, YAP Zəngilan Rayon Təşkilatının sədri Əsəd Hüseynov, YAP Zəngilan Rayon Gənclər təşkilatının sədri Şənlik Əliyev bu əlamətdar gün münasibəti ilə rayon qadınlarını təbrik edərək, cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışdılar. 
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırova, İnformasiya təminatı və təhlili sektorunun müdiri Göyçək Rəhimova hər zaman qadınlara göstərilən yüksək diqqət və qayğıya görə rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda qadınlar çay-şirniyyat süfrəsinə dəvət olundular.

Keçidlər