Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Zəngilan Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

21 fevral 2017 | 16:00

21 fevral 2017-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin iclas zalında YAP Zəngilan rayon təşkilatının IX konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. İclası giriş nitqi ilə YAP Zəngilan Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı sədri Natiq Quluzadə açıq elan edərək qonaqları salamladı və gündəlikdə duran məsələlər barədə yığıncaq iştirakçılarına məlumat verdi.
YAP Zəngilan Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı sədri Natiq Quluzadə hesabat məruzəsi ilə çıxış edərək  təşkilatın 2016-cı ildəki fəaliyyətindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Ərazi ilk partiya təşkilatının Nizamnaməyə uyğun sayda iclaslar keçirdiyini, təbliğat-təşviqat işlərini daim diqqət mərkəzində saxladığını, təbliğatın özəyini ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və partiyanın sədri cənab İlham Əliyevin fəaliyyətinin təbliğinin təşkil etdiyini vurğuladı.
N.Quluzadə çıxışında bildirdi ki, YAP Zəngilan Rayon İcra Hakimiyyəti ərazi ilk təşkilatı rayonun bütün sahələrində yüksək fəallıq nümayiş etdirərək vətəndaşların partiyaya və dövlətçiliyə münasibətlərinin ifadəçisinə çevrilib. Bu gün rayon təşkilatının 65 nəfər üzvü Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında birləşib. Ərazi prinsipi ilə yaradılmış təşkilatda  üzvlərin sayı 30 nəfərdən çox olduğuna görə İdarə Heyəti yaradılmışdır. Hesabat dövrü ərzində 32 nəfərdən çox vətəndaş partiyaya qəbul edilmişdir ki, bunlardan da 12 nəfəri qadın, 20 nəfəri isə gənclərdir. Partiyanin əsasını təşkil edən İcra hakimiyyəti ərazi ilk partiya təşkilatı Nizamnamə daxilində fəaliyyət göstərmiş, partiyanın boy sırasının artırılmasında, onun siyasətinin hər bir şəxsə çatdırılmasında siyası fəallıq göstərmiş, yuxarı orqanlar tərəfindən verilmiş tapşırıqları vaxtında və qüsursuz yerinə yetirmişdir.
Yığıncaqda ilk partiya təşkilatının idarə heyətinin yeni üzvləri, sədri, sədr müavini, eləcə də YAP Zəngilan rayon təşkilatının IX konfransına nümayəndələr seçildi.
RİH başçısının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov çıxış edərək iclas iştirakçılarına partiyanın fəaliyyətində yaxından iştirak etdikləri üçün təşəkkürünü bildirdi. Yeni seçilmiş idarə heyətini, sədr və müavini, YAP Zəngilan rayon təşkilatının IX konfransına seçilən nümayəndələri təbrik edərək, onlara işlərində uğurlar arzuladı.
Daha sonra çıxış üçün söz Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynova  verildi. YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov çıxış edərək YAP-ın bu səviyyədə inkişafının məhz böyük siyasət ustadı, dahi şəxsiyyət Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, xüsusilə ordu quruculuğu sahəsində görülən işlərdən geniş bəhs edən sədr Azərbaycan bundan sonra da parlaq qələbələrə, böyük uğurlara imza atacağına əminliyini ifadə etdi. Bildirdi ki, bunun üçün hər birimiz fəal olmalı və xalqımızın etibarlı gələcəyi üçün ölkəmizdə formalaşmış ictimai-siyasi sabitliyi, xalq-iqtidar-ordu birliyini bundan sonra da qorumalıyıq.
Sonda Əsəd Hüseynov təşkilatının üzvlərinin ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etdiyini, rayon və respublika səviyyəli tədbirlərdə təmsil olunduqlarını, Prezident, Milli Məclis, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyalarında xüsusi fəallıqları ilə seçildiklərini nəzərə çatdıraraq, ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş hesab etdi.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırova, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xanım Rüstəmova, rayon YAP Qadınlar şurasının sədri Almaz Osmanova, rayon YAP Gənclər təşkilatının sədri  Şənlik Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının bu gün istər ölkəmizdə, istərsə də regionda ən mütəşəkkil siyasi qüvvə olduğunu bildirdilər və RİH ərazi ilk partiya təşkilatının hesabatını, eləcə də gördüyü işləri yüksək qiymətləndirdilər.
YAP Zəngilan Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının sədr müavini Elnurə Təhməzova qərar layihəsini oxuduqdan sonra sədr Natiq Quluzadə hesabat yığıncağına yekun vuraraq bildirdi ki, Zəngilan RİH ərazi ilk partiya təşkilatı bundan sonra da işlərini uğurla davam etdirəcək və verilmiş tapşırıq və göstərişlərin vaxtında icra olunmasına çalışacaqdır.

Keçidlər