Şriftin ölçüsü :

Saytın rəngi :

24.11.2022-ci il tarixdə Zəngilan rayonu üzrə nümayəndəliyin və Zəngilan rayon İcra hakimiyyətinin əməkdaşları üçün ixtisasartırma təlimi keçirildi.

24 noyabr 2022 | 11:19

Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə nümayəndəliyin və Zəngilan rayon İcra hakimiyyətinin əməkdaşları (dövlət qulluqçuları) üçün ixtisasartırma təlimi keçirildi. Təlim Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə nümayəndəliyin, Zəngilan Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə reallaşdı. Təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda interaktiv təqdimatla çıxış etdi və Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərdən danışdı.

Tədbirdən sonra Zəngilan rayon İcra hakimiyyətinin əməkdaşları  Ağalı kənd orta məktəbinin müəllim və şagirdləri ilə görüşdü və  Zəngilan şəhidlər xiyabanında dəfn olunan şəhidlərin məzarlarını  ziyarət etdilər.

Keçidlər