Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

17 fevral 2017 | 16:00

17 fevral 2017-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, idarə-müəssisə, aidiyyəti təşkilat rəhbərləri, ərazi nümayəndəlikləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər. İlk öncə rayon rəhbəri və qonaqlar Ulu Öndər Heydər Əliyevin Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Zəngilan RİH başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətini, dövlət başçısının tapşırıq və tövsiyyələrini əməli fəaliyyətində rəhbər tutan Rayon İcra Hakimiyyəti tərəfindən ötən ildə vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırıldığını, rayonda qanunçuluğun möhkəmləndirildiyini, sosial-iqtisadi sahədə görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi.
Rayon rəhbəri çıxışında bildirdi ki, Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin, Ümummilli lidеrimizin müəyyənləşdirdiyi milli strаtеgiyаyа əsаslаnаn və bаzаr iqtisаdiyyаtı prinsiplərindən qаynаqlаnаn tаrаzlı daxili və xarici siyаsəti nəticəsində ölkəmiz dünyа dövlətləri sırаsındа öz lаyiqli yеrini tutmuşdur. Qеyri-nеft sеktоrunun inkişаfının sürətlənməsində, sаhibkаrlığın və rеgiоnlаrın inkişаfındа, əhаlinin rifаhının dаhа dа yüksəlməsində yеni nаiliyyətlər əldə оlunmuş, iqtisаdiyyаtdа dinаmik inkişаf qоrunub sахlаnılmışdır. Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmiş, ölkəmizin təhlükəsizliyi təmin edilmiş, dünyanı bürüyən qlobal problemlər fonunda Azərbaycan 2016-cı ildə uğurla inkişaf etmiş, qarşıda duran bütün vəzifələr icra  olunmuşdur.  Zəngilan rayonu da ölkədə aparılan uğurlu siyasətdən öz payını götürdü, Dövlət başçısı cənab İlham Əliyevin icra orqanlarına qarşı ciddi tələbkarlığı, rayonun ictimai həyatını formalaşdıran fəaliyyət sahələrində məsuliyyət hissini artırmış, sağlam və işgüzar mühit yaratmış, rayon icra hakimiyyətinin, onun struktur bölmələrinin daha səmərəli işləməsinə, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə müsbət təsir göstərmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı R.Həsənov məruzəsinin sonunda bildirdi ki, zəngilanlılar həmişə olduğu kimi, bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq ölkə başçısının ətrafında sıx birləşəcək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.
Rayon rəhbərinin məruzəsindən sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İmamverdi İsmayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov, rayon Təhsil Şöbəsinin müdiri Zakir İbrahimov, Nazirlik yanında  Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin müdiri Şakir Nuriyev, sahibkar, Həkəri MMC-nin direktoru Süleyman Əsgərov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Ənvər Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, rayon ziyalıları Şəhdə Seyidova, Həsən Ələkbərov, rayon YAP Gənclər təşkilatının sədri  Şənlik Əliyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışdılar və rayonda ötən ilin yekunlarını müsbət dəyərləndirdilər.
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xanım Rüstəmovanın Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət oxumasından sonra hesabat yığıncağına Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov yekun vuraraq bildirdi ki, 2017–ci ildə də dövlət başçısı cənab İlham Əliyevin layiqli və uğurlu siyasəti ilə uğurlarımıza yeni uğurlar qatılacaq və nəailiyyətlərimiz daha çox olacaqdır. Çünki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nəailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Keçidlər