Tariximizin parlaq şəxsiyyəti
11 may 2012 | 15:00
10 may 2012-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan xalqının Ümümmilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbiri keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Həsənov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyəti haqqında geniş məlumat verdi. Sonda Ümümmilli Lider Heydər Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan bəhs edən film nümayiş etdirildi.
Yığıncaq iştirakcıları tədbirdən sonra Fəxri Xiyabana gedərək milyonların sevgisini qazanmış Azərbaycanın böyük oğlu Heydər Əliyevin və görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər.