Şriftin ölçüsü :

Saytın rəngi :

24 yanvar 2023-cü il tarixdə Zəngilan rayon İcra hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar görüşü keçirildi.

24 yanvar 2023 | 12:29

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov 24 yanvar 2023-cü ildə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni salınmış  köçkün şəhərciyində məskunlaşan  zəngilanlı məcburi köçkünlərlə görüşdü.

Qəbulda vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin bir çoxu yerində həll edildi, bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi, bir neçə müraciətlərlə bağlı isə vətəndaşlara izahat verildi.

Sonda vətəndaşlar davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər