Şriftin ölçüsü :

Saytın rəngi :

24 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

24 oktyabr 2023 | 18:15

Vətəndaşların müraciətlərini dinləmək və mövcud problemlərini həll etmək məqsədilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 24 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində  məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.  

Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi. Müraciətlər əsasən Zəngilan rayonunun Zəngilan şəhəri hazır olanda ilk köç siyahısına adlarının salınması və məcburi köçkün statusunun təsdiqlənməsi üçün məcburi köçkün arayışının verilməsi və s. ilə bağlı köməklik göstərilməsi barədə oldu. Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, qanunamüvafiq formada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirildi. Bəzi məsələlərin həlli istiqamətində aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər