24 iyun 2024-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü 24 iyun 2024-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi.
Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, təşkilat rəhbərləri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak etdi.
Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.