Şriftin ölçüsü :

Saytın rəngi :

Paralimpiya İdman Kompleksində karatenin VKF növü üzrə açıq çempionat keçirildi

11 fevral 2017 | 16:00

Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksində karatenin VKF növü üzrə açıq çempionat keçirildi. Sumqayıtda keçirilən klublar arası çempionatda  dəfələrlə dünya və Avropa çempionu olmuş Siyavuş Bayramovun rəhbərlik etdiyi Zəngilan rayonunun “Araz”  peşəkar idman klubu uğurla çıxış edərək yüksək nəticələr əldə etdilər.
Belə ki, yarışda bütün rəqiblərini məğlub edən Babək Qələmzadə 16-17 yaşda, 76kq çəki dərəcəsində I yerə   layiq görüldü.  8-9 yaşda, 37 kq çəki dərəcəsində Xasay Məhərrəmov və 12-13 yaşda, 38 kq çəki dərəcəsində Orxan Rəcəbli II yerə, 6-7 yaşda, 20 kq çəki dərəcəsində İsa Kərimli  və 8-9 yaşda, 30 kq çəki dərəcəsində İlkin Bəşirov III yerə layiq görüldülər. 16-17 yaşda 55 kq çəki dərəcəsində Əli Əliyev II yerə, 10-11 yaşda 25 kq çəki dərəcəsində Akif Quliyev III yerə layiq görüldülər.

Keçidlər