Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral - Gənclər Günü qeyd edildi

02 fevral 2017 | 16:00

Zəngilan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral “Gənclər günü” münasibətilə 28 saylı Zəngilan rayon tam orta məktəbində tədbir təşkil olundu. Tədbiri açıq elan edən  Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Nəcəfzadə 2 fevral gününün Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Məhz Ulu Öndərin xalqın tələbi ilə  ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə  gənclər siyasətini icra edən  Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  2 fevral Azərbaycanda “Gənclər Günü” kimi qeyd olunmağa başladı. Bu gün gənclərin ölkəmizdə idarəetmə qabiliyyəti ilə seçilən, intellektual, dünyagörüşlü bir qüvvə kimi formalaşdığını görürük. Gənclər formunun keçirilməsi, 2007-ci ilin “Gənclər ili” elan edilməsi, gənclər üçün prezident mükafatının təsis olunması və bu kimi layihələr dövlətimizin və ölkə başçısının gənclərə olan etimadının göstəricisidir.
RİH başçısı aparatının nümayəndəsi də öz çıxışında tədbir iştirakçılarına  Rayon İcra Hakimiyyətinin başçısının təbrikini çatdıraraq, günün mahiyyətindən danışdı. Bildirdi ki, bu gün Azərbaycan gəncinin təhsilli, azad, firavan, öz hüquqlarını müdafiə etməyi bacaran bir qüvvə kimi formalaşması əsasını Ulu Öndərin qoyduğu gənclər siyasətinin nəticəsidir. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata  keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş , onların cəmiyyətdə özlərini təsdiq etməsinə şərait yaratmışdır.  Azərbaycan gəncinin Azərbaycanı layiqincə təmsil etdiyini və dövlətin, ölkə başçısının onlara göstərdiyi etimadı layiqincə doğrultmağa çalışdıqlarını diqqətə çatdırdı.
Rəsmi hissə başa çatdıqdan sonra isə “Təhsil alan gənclərin bədii yaradıcılıq kollektivi”nin iştirakı ilə əyləncəli konsert proqramı təşkil olundu. Proqramda fəal gənclərin iştirakı ilə musiqilər səsləndi, rəqslər nümayiş olundu. Sonda il ərzində fəallığı ilə seçilən gənclərə fərqlənmə diplomları verildi.

Keçidlər