Şriftin ölçüsü :

Saytın rəngi :

23 yanvar 2024-cü il tarixdə növbəti səyyar görüş keçirildi.

23 yanvar 2024 | 16:15

Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun növbəti səyyar qəbulu 23 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşan Zəngilan rayon sakinləri ilə keçirildi.

Müraciətlər əsasən yeni ailə təsərrüfatının yaradılması, Zəngilan rayonunun Şayıflı kəndinə köç prosesi zamanı ilk köç siyahısına adlarının əlavə olunması, ünvanlı sosial yardım alınmasına köməklik göstərilməsi barədə oldu.

Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

 

Keçidlər