Şriftin ölçüsü :

Saytın rəngi :

23 may 2024-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

23 may 2024 | 16:18

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü 23 may 2024-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.

Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, təşkilat rəhbərləri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak etdi.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

 

Keçidlər