23 may 2023-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 23 may 2023-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Sumqayıt şəhəri, 26-cı məhəllə, Qubadlı rayonu, S. Rəhimov adına Mahruzlu kənd tam orta məktəbin akt zalında keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.
Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri sonda vətəndaşların müraciətlərini dinlədi.
Sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürüldü və aidiyyəti üzrə müraciət olunacağı bildirildi.