Şriftin ölçüsü :

Saytın rəngi :

23 fevral 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü Binəqədi rayonunda məskunaşan sakinlərlə keçirildi

23 fevral 2023 | 16:06

Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti qəbulu Binəqədi rayonunda məskunlaşan rayon sakinlərilə keçirildi.  Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbinin binasında keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.  

Zəngilan rayon İcra hakimiyyəti başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi. Bəzi məsələlərin həlli istiqamətində aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Sonda vətəndaşlar davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər