Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ƏHALİ İLƏ SƏYYAR GÖRÜŞLƏRİ DAVAM EDİR

07 noyabr 2016 | 16:00

Səyyar görüşlər əhalinin üzləşdiyi problemləri tam mahiyyəti üzrə öyrənmək və həlli istiqamətində operativ qərarlar qəbul etmək, icrası vaxt tələb edən məsələləri onlara düzgün izah etmək baxımından səmərəli vasitədir.
Təsdiq edilmiş qrafikə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu  Sabirabad rayonu, Rüstəmli kəndi ərazisində salınmış yeni qəsəbədə məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri də iştirak etdilər.
Qəbul zamanı RİH-nin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə həlli nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat  verdi. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Prezident İlham Əliyevin ölkədə yürütdüyü siyasətin əsasında məhz insan və vətəndaş amili dayanır. Həyata keçirilən tədbirlər ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı təminatına, habelə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onları narahat edən problemlərin həllinə xidmət edir.
Ölkə başçısının müvafiq tövsiyə və tapşırıqlarını rəhbər tutan Zəngilan Rayon İcra Hakimiyyəti də sakinləri qayğılandıran bütün məsələləri xüsusi diqqət mərkəzində saxlamağa, imkan daxilində onların operativ həllinə çalışır.
Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Ölkəmizdə olan sabitliyə, əmin-amanlığa, inkişafa və məcburi köçkünlərə göstərilən diqqətə görə sakinlər ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər  və onları narahat edən bəzi çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Məmməd Rzayev məskunlaşdıqları ərazidə antisanitariya vəziyyətinin aradan qaldırılması üçün işlər aparılmasını, Ağakişi Muradov yaşadıqları ərazinin məişət  qazı ilə təmin olunmasını xahiş etdilər. Digər sakin  Azadalı Məmmədalıyev məskunlaşdıqları ərazidə yerləşən tibb məntəqəsində bəzi dərmanların çatışmadığını bildirdi.
Maddi durumları aşağı olduğuna görə rayon rəhbərliyindən köməklik göstərilməsini xahiş edən Yaqut Nağıyevaya, Ramiz Rəhimova, Zəhra İsmayılovaya, Xəyal Nağıyevə, Şükufə Məhərrəmovaya, Eyvaz Camalova, Güllər Məmmədalıyevaya, Gülşən Əliyevaya, Məhruzə Babayevaya, Gülzar Baxşəliyevaya, Aybəniz Quliyevaya, Nəzakət Orucovaya və Səttar Nəcəfova maddi yardım edildi.
Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciət  və şikayətlərin bir çoxu yerindəcə həll edildi, bəzilərinin həlli nəzarətə götürüldü və müsbət həll üçün mümkün tədbirlərin görüləcəyi bildirildi.

Keçidlər