Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirildi
Təsdiq edilmiş qrafikə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu noyabr ayının 1-də Xırdalan şəhəri, 47 saylı Təmir-Tikinti İdarəsinin inzibati binasında və ətraf evlərdə məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Qəbulda rayon rəhbəri ilə yanaşı, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etdi.
Qəbul zamanı RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə həlli nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verdi. Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Sakinlər ölkəmizdə olan sabitliyə, əmin-amanlığa, inkişafa və məcburi köçkünlərə göstərilən diqqətə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə müraciətlərin həlli nəzarətə götürüldü və müsbət həll üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.