Bakıda I Beynəlxalq Çörək Festivalı keçirildi
Beynəlxalq Kulinariya Günü münasibətilə Bakıda I Beynəlxalq Çörək Festivalı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Assosasiyasının təşkilatçılığı ilə reallaşan festivalda bölgələr və ölkələr üzrə ayrılmış stendlərdə hər bir yer üçün xarakterik olan çörək və çörək məhsulları, şirniyyatlar qonaqlara təqdim edildi.
Tədbirdə ölkəmizin 24 şəhər və rayonunu təmsil edən kulinarlarla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan təmsilçiləri də iştirak etdilər.
Zəngilan rayonu sakinlərinin bişirdikləri lavaş, fəsəli, şirin çörək, paxlalı qutab, fətir və cürbəcür şirniyyatlar, xüsusilə də Çinar ağacı yarpağının formasında bişirilən tort qonaqların diqqətini cəlb etdi. Festivalda 2 növ undan bişirilmiş 10 cür çörək məhsulu ilə iştirak edən rayonumuz sonda diploma layiq görüldü.