Şuşanin işğalindan 20 il ötür…
02 may 2012 | 15:00
1 may 2012-ci il tarixdə Zəngilan rayon İcra Hakimiyyətində Şuşa rayonunun işğalının 20-ci il dönümü ilə əlaqədar anım tədbiri kecirildi .Tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi .
RİH-nin başçısı cənab Ramiz Həsənov çıxış edərək Şuşanın tarixi əhəmiyyətindən danışdı. Rayon rəhbəri cənab prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə Qarabağ torpaqlarına qayıdacağmızı əminliklə qeyd etdi.
Sonda Şuşa şəhəri haqqında videolent nümayiş olundu.