22 iyun 2023-cü il tarixdə Xətai rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti qəbulu 22 iyun 2023-cü il tarixdə Xətai rayonu, NZS qəsəbəsində məskunlaşan rayon sakinlər ilə keçirildi. Xətai rayonu 194 saylı tam orta məktəbin akt zalında keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.
Zəngilan rayon İcra hakimiyyəti başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, qanunamüvafiq formada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirildi. Bəzi məsələlərin həlli istiqamətində aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.