Şriftin ölçüsü :

Saytın rəngi :

22 avqust 2023-cü il tarixdə növbəti səyyar görüş keçirildi.

22 avqust 2023 | 18:38

Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 22 avqust 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar, digər sakinlər isə növbəlilik əsasında qəbul edildi.

Daha sonra vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənildi. Müraciətlər əsasən Hacallı kəndində  yeni salınmış qəbiristanlığı ziyarət etmək, Zəngilan rayonuna səfər etmək, mənzil məsələsi ilə bağlı köməklik göstərilməsi barədə oldu. Qaldırılan bütün məsələlər nəzarətə götürüldü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırıldı və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.

Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

Keçidlər