Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü keçirdi

30 avqust 2016 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH başçısı Ramiz Həsənovun mütəmadi olaraq təşkil edilən səyyar görüşlərindən biri də Sumqayıt şəhəri, 48-ci məhəllə, 68 №li uşaq bağçasının həyətində məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə keçirildi.
Qəbul zamanı Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bir sıra tədbirlər barədə məlumat verən Rayon İcra Hakimiyyəti başçısı qeyd etdi ki, dünya iqtisadiyyatında böhran yaşandığı bir zamanda ölkəmizdə sosial -iqtisadi inkişaf davam edir, prezidentin sərəncamı ilə əmək haqları, müavinətlər, təqaüdlər artırılıb, aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilir. Yaranmış yeni iqtisadi şəraitdə sahibkarlığı daha da genişləndirmək, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülür, daxili bazarın, yerli istehsalın qorunması istiqamətində işlər aparılır.
Daha sonra rayon rəhbəri sakinlərin problemlərini dinlədi.
Səyyar qəbul zamanı çıxış edən sakinlər məcburi köçkünlərə göstərilən xüsusi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi problemlərin aradan qaldırılmasını xahiş etdilər. Sakinlərdən biri  oğlunun ali təhsilli olduğunu bildirərək, işlə təmin olunmasına köməklik edilməsini istədi. Digər sakin müvəqqəti məskunlaşdıqları yerin dam örtüyünün təmirə ehtiyacı olduğunu bildirdi. Həyat yoldaşından ayrıldığını bildirən başqa sakin himayəsində olan uşaqlara məcburi köçkünlər üçün yemək xərci müavinətinin verilməsini xahiş etdi.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verən rayon rəhbəri  müəyyən tədbirlərin görüləcəyini bildirdi.

Keçidlər