Zəngilan rayonunda daha bir dövlət qulluqçusu səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi: “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.
Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2016-ci il tarixli Sərəncamı ilə Zəngilan rayon İcra Hakimiyyətinin Məmmədbəyli кənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nərminə Bağırova səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olundu. Bu münasibətlə Zəngilan rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirildi.
Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək, regionda söz sahibi olan Azərbaycan Respublikasının iqtisadi, siyasi, hərbi və digər sahələrdə sürətli inkişafından bəhs etdi. Daha sonra ölkə başçısı cənab İlham Əliyevin dövlət qulluqçularına xüsusi diqqətini vurğulayan rayon rəhbəri qeyd etdi ki, hər bir dövlət qulluqçusunun qarşısında qoyulan ən əsas vəzifə tutduqları vəzifələrin məsuliyyət və şərəfini dərindən dərk edərək, xalqa və dövlətçiliyə sədaqətlə, vicdanla xidmət etməkdir.
RİH başçısı Ramiz Həsənov “Tərəqqi” medalına layiq görülməsi münasibətilə Nərminə Bağırovanı təbrik edərək, yeni nəaliyyətlər arzuladı. Daha sonra medal və gül dəstəsi təqdim edildi.