Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri bir neçə Parlament üzvü ilə birlikdə Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınan yaşayış massivində oldu

29 iyul 2016 | 16:00

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Bob Bləkman bir neçə Parlament üzvü ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun müşayiətilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınan yaşayış massivinə səfər etdi.
Səfər zamanı qonaqlar əvvəlcə ərazidə yerləşən 33 nömrəli Zəngilan rayon tam orta məktəbində və “Şəfəq” uşaq bağçasında yaradılan şəraitlə tanış oldu, Tarix Diyarşünaslıq Muzeyində uzaq keçmişdən bu günə qədər rayon əhalisinin həyat tərzini, məişət və mədəniyyətini əks etdirən eksponatlara baxış keçirdilər.
Daha sonra ərazidəki məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə tanışlıq üçün Zəngilan rayonunun məcburi köçkün ailələrindən birinin mənzilində oldular. Ev sahibi ölkəmizdə məcburi köçkünlər üçün xüsusi qayğıdan razı qaldıqlarını, lakin ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu bildirdi.

Keçidlər