Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının səyyar görüşləri rayonun məcburi köçkünlərinin problemlərinin həllində mühüm rol oynayır
Sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH-nin başçısının növbəti səyyar qəbulu 21 iyun 2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən Statisitka İdarəsinin əvvəlki inzibati binasında məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, aparatın məsul işçiləri, rayon idarə və müəssisələrinin rəhbərləri iştirak etdi.
İlk öncə Zəngilan RİH-nin başçısı Ramiz Həsənov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlər, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Daha sonra Zəngilan RİH-nin başçısı Ramiz Həsənov sakinləri dinlədi.
Görüşdə sakinlər onları narahat edən bəzi çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Məskunlaşdıqları ərazidə içməli suyun verilməsində fasilələrin aradan qaldırılmasına köməklik göstərilməsi barədə müraciətlər səsləndi.
Qaldırılan məsələlərin bir qismi operativ şəkildə yerindəcə öz həllini tapdı və digər məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verən rayon rəhbəri müəyyən tədbirlərin görüləcəyini bildirdi.