21 Sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirildi
21 Sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində rayonun 33 nömrəli tam orta məktəbində “Biz sülh istəyirik” mövzusunda, “Şəfəq” körpələr evi-uşaq bağçasında “Qoy həmişə sülh olsun” mövzusunda tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnarə Orucova, ərazi-təşkilat məsələləri sektorunda baş məsləhətçi Elnurə Kərimova, məktəbin direktoru Səadət Səfquliyeva, müəllim və şagirdlər, “Şəfəq” körpələr evi və uşaq bağçasının müdiri Mənsurə Baxışova, bağçanın əməkdaşları və uşaqlar iştirak etdilər.







