Şriftin ölçüsü :

Saytın rəngi :

21 noyabr 2023-cü il tarixdə növbəti səyyar görüş keçirildi.

21 noyabr 2023 | 16:15

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 21 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. 

Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.

Qəbula gələn vətəndaşların müraciətləri dinlənildi. Müraciətlər əsasən sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, məcburi köçkün statusunun təsdiqlənməsi üçün məcburi köçkün arayışının verilməsi, Zəngilan rayonuna səfər olunması barədə oldu. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verildi. 

 

Keçidlər